
Fabreqasın xidmətində 4 klub maraqlıdır
“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Mançester Siti”nin qısa siyahısında yer alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” hazırkı baş məşqçisi Pep Qvardiolanın yaxın vaxtlarda postunu tərk edəcəyi təqdirdə, yerinə Fabreqası gətirməyi düşünür.
Fabreqasla “Barselona”, “İnter” və “Milan” da maraqlanır.
37 yaşlı mütəxəssis 2024-cü ilin yayından “Komo”ya rəhbərlik edir. Onun komandası 26 turdan sonra 28 xalla İtaliya A Seriyasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin