
“Çelsi”nin baş məşqçisi: “Oyunçulara deyirəm ki…”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska futbolçularını necə motivasiya etdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis oyunçularına indi mövsümün ən pis anı olduğunu deyib:
“Oyunçulara deyirəm ki, indi mövsümün ən pis anıdır. Və biz hələ də dördüncüyük, 3-cü yerdən bir xal geridəyik”.
Londonlular 27-ci turda evdə “Sauthempton”u 4:0 hesabı ilə məğlub edərək, Premyer Liqanın turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Daha əvvəl bildirilmişdi ki, “Sauthempton”la oyun ərəfəsində “Çelsi” azarkeşləri etiraz aksiyası keçirərək, komandanın sahibi Todd Boulinin ünvanına təhqirlər səsləndiriblər, sabiq prezident Roman Abramoviçi və keçmiş baş məşqçi Joze Mourinyonu xatırlayıblar.
“Çelsi” Boulinin prezdentliyi dövründə 2022-ci ildən bəri bir kubok qazana bilməyib. Komanda Abramoviçin himayəsi altında isə 19 il ərzində 5 dəfə İngiltərə çempionu, iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin