“Arminiya” yarımfinalda

Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Arminiya” evdə “Verder”lə qarşılaşıb. “Arminiya” qalib gələrək yarımfinala yüksəlib, “Verder” isə mübarizəni dayandırıb.

Daha öncə “Ştutqart” və “Bayer” də yarımfinala vəsiqəni təmin etmişdilər.

Mərhələnin sonuncu oyunu sabah “Leypsiq”lə “Volfsburq” arasında keçiriləcək.

Almaniya kuboku
1/4 final

25 fevral

Arminiya – Verder 2:1
Qollar
: Vorl, 35. Malatini, 41-öz qapısına – Burke, 56.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button