
“Gəncə”də yeni basketbolçu
“Gəncə” heyətinə yeni basketbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, “Lənkəran”dan ayrılan Andre Ball bölgə təmsilçisinin şərəfini qoruyacaq.
Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
ABŞ-dən olan Andre Ball mərkəzi oyunçusu mövqeyində çıxış edir. 206 sm boya malik basketbolçu komandada 1 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin