
Kovaçiç La Liqaya qayıda bilər
Xorvatiya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç İspaniya çempionatına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” xorvatiyalı futbolçunu transfer etmək istəyir.
Kovaçiç 2018/19 mövsümündə “Real”da çıxış edib. O, 2023-cü ildə isə “Çelsi”dən “Mançester Siti”yə keçib. Yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. 30 yaşlı futbolçu hazırkı İngiltərə Premyer Liqasında 22 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin