İngiltərənin 2 klubunun hədəfindədir – Nigeriyalı futbolçu

“Atalanta”nın liderlərindən biri Ademola Lukman yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçunun karyerasını Premyer Liqada davam etdirmək variantı var. Forvardla “Liverpul” və “Arsenal” maraqlanır. “Atalanta” Lukmanı 60-65 milyon avro dəyərində qiymətləndirir.

27 yaşlı futbolçu 2022-ci ildən İtaliya klubunda çıxış edir. O, bu mövsüm “Atalanta” ilə 29 matçda iştirak edib, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button