
Qvardiola: “Klub bilir ki, gec-tez komanda yenidən qurulmalı olacaq”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın böyük dəyişikliklərə ehtiyacı olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bəli, mövsümün əvvəlində bunu gözləmirdim, əks halda, bəlkə də, bunu keçən yay edərdik. Klub bilir ki, gec-tez komanda yenidən qurulmalı olacaq”.
“Şəhərlilər” mövsümü kuboksuz başa vurmaq riski altındadır. MS Premyer Liqada titulunu qorumaq şansını praktiki olaraq itirib və həmçinin, pley-offun ilk mərhələsində “Real”a uduzaraq Çempionlar Liqasından kənarlaşdırılıb. Komandanın mövsümün qalan hissəsində əsas hədəfi Premyer Liqanın ilk dördlüyünə düşmək və İngiltərə kubokunda qələbədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin