
“Real” Modriçlə bağlı qərar verib
“Real” yarımmüdafiəçisi Luka Modriçlə bağlı planları haqda qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi xorvatiyalı futbolçunu ən azı bir mövsüm daha komandada saxlamağı planlaşdırır. Yarımmüdafiəçiyə 2026-cı ilin ortalarına qədər müqavilənin uzadılması təklif olunacaq. Futbolçunun özü də karyerasını bitirmək fikrində deyil və o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının oyunlarında iştirak etmək niyyətindədir.
Modriç 2012-ci ildən “Real”da çıxış edir. O, cari mövsümdə İspaniya klubunda 39 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun sentyabrda 40 yaşı tamam olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin