
Qvardiola Edersonun “xələf”ini seçib
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Atletik”in qapıçısı Unay Simonu yayda komandadan ayrılacağı təqdirdə, Edersonu əvəzləyəcək əsas namizəd kimi görür.
Komanda.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis 27 yaşlı qolkiperin topla oynamaq bacarığını xüsusilə dəyərləndirir. “Şəhərlilər”in “Milan”dan Mayk Menyan və Dortmund “Borussiya”sından Qreqor Kobelin namizədliklərini gözdən keçirdikləri də vurğulanır.
Keçən yay Səudiyyə Ərəbistanı klublarının Edersonla maraqlandığı barədə məlumat yayılmışdı.
Simon bu mövsüm bütün yarışlarda 9 oyun keçirib, qapısını 3 dəfə toxunulmaz saxlayıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin