Salah Slot haqda: “Mən böyük fərq görmürəm”

“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Arne Slot haqqında fikirlərini açıqlayıb.

Niderlandlı çalışdırıcı ötən yay istefa verən Yurgen Kloppu əvəz edərək “qırmızılar”ın “sükanı arxasına” keçib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu böyük fərq görmədiyini deyib:

“Bunun bu qədər tez olacağını gözləmirdim. Debüt mövsümündə belə uğurlu olacağını nəzərdə tuturam. O, sıx pressinqi sevir və biz hələ də çoxlu əks-hücum edirik, baxmayaraq ki, o, topa daha çox nəzarət etməyimizi istəyir. Dəyişikliklər çox deyil, mən böyük fərq görmürəm”.

“Liverpul” Premyer Liqada turnir cədvəlinə başçılıq edir. Komanda sabah səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button