Azərbaycan millisi Özbəkistan yığmasına uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxıb.

Komanda.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Özbəkistan yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunu 6 xalla ikinci pillədə başa vuran milli komanda Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) seçmələrinə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button