“Nyukasl” hücumçusu üçün 200 milyon avro tələb edəcək

“Nyukasl”ın hücumçusu Aleksandr İsak tez-tez transfer danışıqlarının mövzusu olur.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “sağsağanlar” isveçli futbolçunu satmağa hazır olacaqlar, ancaq onun üçün böyük məbləğdə pul tələb edəcəklər.

“Nyukasl” İsak üçün təxminən 200 milyon avro tələb edəcək. Əvvəllər mətbuat onun adını “Liverpul”, “Barselona” və digər yüksək səviyyəli klublarla əlaqələndirirdi.

25 yaşlı forvard hazırda İngiltərə Premyer Liqasında bombardirlər yarışında dördüncüdür. O, 17 qol vurub. Onun komandası İngiltərə çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button