“Azərbaycan Basketbol Liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”

“Azərbaycan Basketbol Liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.

Komanda.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Kevin Allen klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Paytaxt təmsilçisinin yeni transferi ilk dəfə Azərbaycana gəldiyini bildirib. ABŞ-dan olan oyunçu danışıqların bir neçə həftə davam etdiyini söyləyib:

“NTD-yə keçməmişdən əvvəl İordaniya klubunda oynayırdım. Məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. Gəlməmişdən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub haqqında çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button