
“Milan”ın müdafiəçisi İngiltərə klubuna keçə bilər
Fransa millisinin və “Milan”ın müdafiəçisi Teo Hernandes İtaliya A Seriyasını İngiltərə Premyer Liqasına dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunun transferində maraqlıdır.
“Milan” fransalı oyunçunu yay transfer pəncərəsində 50 milyon avroya buraxa bilər. Hernandesin italiyalılarla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.
Hernandes İtaliya çempionatının cari mövsümündə 21 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2019-cu ildən Milan komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin