
Sabiq futbolçu “Liverpul”un hücumçusunu “yıxıb-sürüdü”
“Liverpul”un keçmiş forvardı Robbi Fauler hücumçu Darvin Nunyesi “Aston Villa” ilə matçda (2:2) aşkar qol şansından yararlanmadığına görə tənqid edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, Nunyesin bütün diqqətini oyuna yönəltmədiyini bildirib:
“Nunyes bütün diqqətini oyuna yönəltməyib. Özünə inamı yoxdur. Onun səhvi? Dəhşətli idi. Bu mövsüm gördüyümüz ən pis itkilərdən biri idi. Komanda yoldaşı Nunyesə əla ötürmə verdi, ancaq o, qaçırdı. Bu, çox pis səhvdir”.
“Liverpul”un 61 xalı var və İngiltərə Premyer Liqasının turnir cədvəlinin lideri olaraq “Arsenal”ı 8 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin