
“Milan” “qırmızı” alan futbolçunu cəzalandıra bilər
“Milan”ın müdafiəçisi Teo Hernandes UEFA Çempionlar Liqasının “Feyenoord”la oyununda (1:1) qırmızı vərəqə aldığı üçün cəzalandırıla bilər.
Komanda.az xaric KİV-ə istinadən xəbər verir ki, “Milan” rəhbərliyi fransalı futbolçunun Niderland komandası ilə matçda “qırmızı” almasından hiddətlənib.
Hernandesin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq, ancaq tərəflər hələ də onun uzadılması ilə bağlı razılığa gələ bilməyiblər. Yaxın aylarda razılıq əldə olunmasa, “Milan” yayda onu satacaq.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin