ÇL: “Məyus və qəzəbliyik”

“Milan”ın baş məşqçisi Serjio Konseysao komandanın UEFA Çempionlar Liqasından kənarlaşdırılmasından sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunun şübhəsiz ki, uğursuzluq olduğunu söyləyib:

“Bu, şübhəsiz ki, uğursuzluqdur. 1/8 finala çıxmaq istəyirdik. Bu qarşılaşma göstərdi ki, biz rəqibimizdən güclüyük. Zaqrebdəki matçda olduğu kimi, hər şeyi “qırmızı” həll etdi. Hakimin çox sərt olduğunu deyə bilərsiz, amma psixoloji cəhətdən daha güclü olmalıydıq. Nəticəyə görə mən məsuliyyət daşıyıram, Teo Hernandes yox. Biz qəzəblənirik. “Qırmızı”dan əvvəl “Feyenoord” qapımıza necə yaxınlaşacağını bilmirdi. Məyus və qəzəbliyik”.

“Milan” “Feyenoord”la qarşılaşmalardan sonra Çempionlar Liqasında mübarizəni dayandırıb (səfərdə 0:1, evdə 1:1). Cavab matçının əsas məqamı Teo Hernandesin qırmızı vərəqə alması olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button