
“Arsenal”la “Liverpul” belçikalı futbolçu uğrunda yarışacaq
PSV-nin futbolçusu Joan Bakayokoya İngiltərə Premyer Liqasının top-klubları arasında tələbat var.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, belçikalı futbolçu uğrunda “Arsenal” və “Liverpul” mübarizə aparacaq. Onun potensial müqaviləsi 40 milyon avro dəyərində qiymətləndirilir.
21 yaşlı yarımmüdafiəçinin PSV ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bakayoko Niderland çempionatının cari mövsümündə 20 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2022-ci ilin yayından Eyndhoven komandasında çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



