İngiltərə klubunun Osimhen planı

“Çelsi” yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirməyi planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhenin transferini hədəfləyir.

Nigeriyalı hücumçunun tam müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi “Napoli”yə məxsusdur. Onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.

26 yaşlı forvard Türkiyə Super Liqasının cari mövsümündə 16 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button