De Yonq yeni müqavilə təklifi gözləyir

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq klubla müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu kataloniyalılarla müqavilə müddətini uzatmağa açıq olduğunu bildirib.

“Barselona” bu jesti təqdir etsə də, hələ də bu məsələdə ehtiyatlı davranır. İndi ilk addımı kimin atacağı sual altındadır.

27 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button