“Vaxtı gələndə Kunde ilə müqavilə müddətini uzatmaq barədə danışacağıq”

“Barselona”nın idman direktoru Deku komandanın müdafiəçisi Jül Kundenin gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəsmisi, Kundenin böyük əhəmiyyət kəsb etdiyini söyləyib:

“Kunde layihəmiz üçün böyük əhəmiyyət kəsb edir. Onun klubla 2027-ci ilə qədər olan müqaviləsi var və vaxtı gələndə onu uzatmaq barədə danışacağıq”.

26 yaşlı Kunde 2022-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Barselona” fevralın 17-də, İspaniya La Liqasının 24-cü turu çərçivəsində doğma meydanda “Rayo Valyekano”nu qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button