Azərbaycan millisi ikinci oyunda da məğlub olub
Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub.
Komanda.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İspaniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.
Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin