![](https://komanda.az/wp-content/uploads/2022/03/qalatasaray-nef-stad1_1647860102.jpeg)
İddia: “Qalatasaray” – “Fənərbaxça” matçının baş hakimi əcnəbi olacaq
Türkiyə Super Liqasının 25-ci turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyununun baş hakimi əcnəbi olacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Sabah” nəşri iddia irəli sürüb. Qərarın qarşıdakı günlərdə açıqlanacağı bildirilib.
Hakimlər Komitəsinin Türkiyə Futbol Federasiyasının dəstəyi ilə bu oyun üçün əcnəbi hakimlərə müsbət yanaşdığı deyilir.
Fevralın 24-də keçirələcək İstanbul derbisi saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin