![](https://komanda.az/wp-content/uploads/2023/05/Kapello-700x470.jpg)
Kapellodan VAR sistemi ilə bağlı təklif
Tanınmış məşqçi Fabio Kapello VAR sisteminə yanaşmanın dəyişdirilməsini təklif edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin fikrincə, monitorlarda hakimlər deyil, keçmiş futbolçular video-assistent kimi çalışmalıdır:
“Mən həmişə deyirəm ki, keçmiş futbolçular VAR kimi işləməlidirlər. Ancaq hakimlər bunu dinləmək istəmirlər”.
Görünür, Kapello keçmiş oyunçuların epizodları daha yaxşı başa düşə biləcəyinə inanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin