![](https://komanda.az/wp-content/uploads/2024/08/kompani.jpg)
“Yaxşı çıxış etsəydim, bəlkə də, Ferqyuson mənə “Mançester Yunayted”ə keçməyi təklif edərdi”
“Bayern”in baş məşqçisi Vensan Kompani bir zamanlar futbolçu kimi “Mançester Yunayted”ə necə keçə biləcəyini açıqlayıb.
UEFA Çempionlar Liqasının “Seltik”lə oyunu öncəsi jurnalistlər 39 yaşlı məşqçidən 2003-cü ildə “Seltik Park”da baş tutan matçda futbolçu kimi debütünü xatırlayıb-xatırlamadığını soruşublar. Belçikalı mütəxəssis həmin vaxt “Anderlext”də çıxış edirdi.
Komanda.az xəbər verir ki, o, mətbuat konfransında çox da nostalji yaşamaq istəmədiyini bildirib:
“Mən bura futbolçu kimi yox, məşqçi kimi qayıdıram və çox da nostalji yaşamaq istəmirəm, amma bu, əla idi. Yadımdadır, Aleks Ferqyuson həmin oyuna gəlmişdi və o, məni izləyirdi. Yaxşı çıxış etsəydim, bəlkə də, o, mənə “Mançester Yunayted”ə keçməyi təklif edərdi. Amma mən şadam ki, Mançesterin fərqli bir klubuna keçdim”.
“Mançester Siti”nin keçmiş müdafiəçisi 2024-cü ildən Münhen komandasına rəhbərlik edir.
Bizi Facebook-da izləyin