![](https://komanda.az/wp-content/uploads/2023/09/kristian-pulisic.jpeg)
Yeni müqavilə bağlayacaq, maaşı 5 milyon avro olacaq
“Milan”ın vingeri Kristian Pulişiç yaxın vaxtlarda klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi amerikalı futbolçunun çıxışına heyran qalıb, ona görə də onu daha yaxşı şərtlərlə müqavilə təklif etməklə mükafatlandırmaq qərarına gəliblər. Tərəflər arasında sözləşmənin bağlanmasına bir addım qalıb. Pulişiçİn müqaviləsi 2029-cu ilin ortalarına qədər davam edəcək və onun maaşı ildə təxminən 5 milyon avro olacaq.
26 yaşlı futbolçu bu mövsüm “Milan”ın heyətində 31 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin