![](https://komanda.az/wp-content/uploads/2025/02/3435-780x470.jpg)
Əkbərovadan Türkiyədə bürünc medal
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) Antalya şəhərində keçirilən “Turkish Open” beynəlxalq turnirində bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, təmsilçimiz mükafata gedən yolda 4 rəqibini üstələyib.
O, yarımfinalda türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Daha əvvəl Ülvi Məmmədov (37 kq) yarışın gümüş medalına sahib çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin