Asensio yeni baş məşqçisini razı salmalıdır

“Aston Villa” qış transfer pəncərəsində PSJ-dən Marko Asensionu icarəyə götürüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun icarə müqaviləsində satın alma variantı nəzərdə tutulmayıb. Ancaq hər iki kIub potensial daimi transferə açıqdır.

Asensio altı ay ərzində “Aston Villa”nın baş məşqçisi Unay Emerini razı sala bilsə, tərəflər arasında danışıqlar iyunda baş tutacaq.

İspaniyalı vinger “Aston Villa”nın heyətində debütünü İngiltərə kubokunda, “Tottenhem”ə qarşı son matçda (2:1) edib və meydanda 24 dəqiqə keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button