![](https://komanda.az/wp-content/uploads/2024/10/b31cc1a6-ae91-3e25-bd23-9d0c2a76ce93_850-780x470.jpg)
“Vinisius “Real”dan yalnız Səudiyyə Ərəbistanına gedəcək”
Tanınmış ispaniyalı jurnalist Edu Aqirre “Real”ın vingeri Vinisius Juniorun gələcəyi ilə bağlı fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, o, Vinisiusun “Real”dan yalnız Səudiyyə Ərəbistanına gedəcəyini bildirib:
“Vinisius “Real”dan yalnız Səudiyyə Ərəbistanına gedəcək və bu, yeganə seçimdir. Bu yay xaos olacaq”.
“The Athletic” nəşri daha əvvəl Vinisiusun “Real”la müqaviləsini uzatmaqdan imtina etdiyini yazmışdı. Ona ildə 15 milyon avro təklif edildiyi iddia edilir. Onun “kral klubu” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Braziliyalı futbolçu bu mövsüm “Real”ın heyətində keçirdiyi matçlarda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin