Bu klubun Çempionlar Liqasını qazanmaq şansı 0 faizdir
“Opta” superkompüteri UEFA Çempionlar Liqası iştirakçılarının cari mövsümdə kuboku qazanmaq şanslarını təhlil edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüterin nəticələrinə əsasən, bir komandanın şansı 0 faiz qiymətləndirilir. Bu iştirakçı Fransa “Brest”idir.
“Brest” Çempionlar Liqasının ümumi mərhələsinin yekununda 13 xal toplayaraq turnir cədvəlini 18-ci yerdə başa vurub. Komanda yarışın 1/8 finalında oynamaq üçün pley-offda iştirak edəcək və Liqa 1 çempionu PSJ ilə qarşılaşacaq.
İlk oyun bu gün baş tutacaq və matçın start fiti saat 21:45-də səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin