“Liverpul” slovakiyalı futbolçunu “qaralayıb”

“Feyenoord”un müdafiəçisi David Hançko “Liverpul”un marağına səbəb olub.

“Qırmızılar” klubla müqaviləsi iyulda başa çatacaq kapitan Vircil van Daykı bu yay itirə bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu ayrılacağı təqdirdə, “Liverpul” Hançkonu almağı düşünəcək.

Slovakiyalı müdafiəçi ilə “Tottenhem” və “Çelsi” də maraqlanır. Əvvəllər 27 yaşlı futbolçu ilə “Yuventus”un da maraqlandığı deyilirdi.

Hançkonun “Feyenoord”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button