Qvardiola onu De Bruynenin əvəzedicisi kimi görür
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons “Mançester Siti”nin diqqətini çəkib.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola 21 yaşlı futbolçunu Kevin De Bruynenin əvəzedicisi kimi görür.
Almaniya klubu öz oyunçusu üçün 100 milyon avrodan çox alacağını gözləyir. Qvardiolanın da yarımmüdafiədə nəsil dəyişikliyinə rəhbərlik edəcək futbolçu axtardığı və Xavi Simonsun bu rol üçün ideal olduğu bildirilir. Onun Bundesliqadakı uğuru, texniki keyfiyyətlərin birləşməsi, meydanı görmə qabiliyyəti ispaniyalı məşqçinin diqqətini çəkib. “Leyptsiq” Simonsu bu yaxınlarda almasına baxmayaraq, əldə edə biləcəyi böyük maliyyə gəlirinə görə onun başqa komandaya transferinə razılaşa bilər.
Niderlandlı yarımmüdafiçi bu mövsüm klub səviyyəsində 18 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
Daha əvvəl De Bruynenin “şəhərlilər”i tərk edərək, Səudiyyə Ərəbistanına köçə biləcəyi bildirilirdi.
Bizi Facebook-da izləyin