![](https://komanda.az/wp-content/uploads/2023/08/ansu-fati.jpg)
Flik: “Fatinin ən yaxşı olduğu anları çox gördüm”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın ardıcıl ikinci oyunda heyətindən kənarda qalan Ansu Fati ilə səmimi söhbət etdiyini deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Fati ilə tam səmimi danışdığını bildirib:
“Mən Fati ilə tam səmimi danışdım. Məşqçi ilə danışıb, ertəsi gün hər şey dəyişdiyi kimi deyil. Amma o, doğru yoldadır. Onun ən yaxşı olduğu anları çox gördüm. Bu, bizim çatmağa çalışdığımız səviyyədir”.
İspaniyalı hücumçu 2020-ci ilin sentyabrından əsas komandanın üzvüdür. O, bu mövsüm 8 matçda iştirak edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin