Azərbaycan millisi İnkişaf Kubokunda iştirak edəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq gənclər arasında İnkişaf Kuboku turnirində iştrak edəcək.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim məşq toplanışı keçəcək.

Millinin heyəti və oyunlarının təqvimi ilə sizi tanış edirik:

S.Ad / SoyadKlub
1Rauf ƏyyubovSabah FK
2Elbrus KərimovMarcet FU (İspaniya)
3Murad QurbanovZirə FK
4Amin RzayevQarabağ FK
5Həzrət SəmədovSabah PFK
6Tunar MuradovTuran Tovuz PFK
7Tuncay ƏhmədovMarcet FU (İspaniya)
8Fərid CabbarlıZirə FK
9Nadir NəsibliMarcet FU (İspaniya)
10Muhamməd ÇodarovMarcet FU (İspaniya)
11İbrahim XəlilovSabah FK
12Əli QazibəyovQarabağ FK
13İmran SuleymanzadəZirə FK
14Ariz KərimovQəbələ FK
15Abdulaziz CabbarlıQarabağ FK
16Əhliman SüleymanzadəZirə FK
17Emil UsubovZirə FK
18Tunar RzayevMarcet FU (İspaniya)
19Əhməd VəliyevQarabağ FK
20Əli İbrahimQarabağ FK

16 fevral

16:10. Rusiya – Azərbaycan

17 fevral

12:00. Azərbaycan – İran

19 fevral

14:20. Qazaxıstan – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button