![](https://komanda.az/wp-content/uploads/2022/08/levandovski.jpg)
Levandovski Messinin rekordunu təkrarlayıb
“Barselona”nın hücumçusu Robert Levandovski Lionel Messinin bir mövsümün ilk 22 oyununda qol vurma rekordunu təkrarlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçunun qol vurduğu “Sevilya” ilə matçdan sonra aktivində 22 oyunda 19 qol var.
Messi 2019/20 mövsümündə eyni rəqəmə sahib idi.
Levandovski ümumilikdə bu mövsüm bütün klub yarışlarında 33 matçda 31 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin