![](https://komanda.az/wp-content/uploads/2024/03/67b6b614-da52-44a4-917c-f726e336c614_850-780x470.jpg)
“Lənkəran” “Ordu”ya, “Şəki” “Gəncə”yə uduzdu
Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son olaraq B qrupunda iki qarşılaşma keçirilib.
“Lənkəran” doğma meydanda “Ordu”ya 97:98 hesabı ilə uduzub.
“Şəki” isə səfərdə “Gəncə”yə yenilib – 77:91.
Xallarının sayını 24-ə çatdıran “Gəncə” yenidən liderliyə yüksəlib. Eyni xala malik “Şəki” ikinci, “Ordu” üçüncü pillədə qərarlaşıb. 17 xalı olan “Lənkəran” sonuncu – altıncı sıradadır.
14-cü turun daha əvvəl keçirilən matçlarında “Sabah” NTD-ni 96:85, “Neftçi” “Sərhədçi”ni 82:67, “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin