“Milan” Çempionlar Liqasını qazanmalıdır”

“Milan”ın keçmiş baş məşqçisi Arriqo Sakki şübhə etmir ki, klub bu yaxınlarda başa çatmış transfer pəncərəsində etdiyi alışlarla hətta UEFA Çempionlar Liqası kuboku uğrunda mübarizə apara bilər.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, Sakki belə düşünür:

“Klubun nəyə pul xərclədiyini nəzərə alsaq, “Milan” Çempionlar Liqasını qazanmalıdır. Ciddi desək, komanda A Seriyasının, Çempionlar Liqasının və İtaliya kubokunun liderləri arasında olmalıdır. İndi artıq heyətdən şikayət etmək mümkün deyil”.

“Milan” sonuncu dəfə 18 il əvvəl, 2007-ci ildə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button