Türkiyə klubu De Bruyne ilə maraqlanır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Türkiyə klublarından birinin transfer hədəfidir.
Komanda.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə “Qalatasaray” maraqlanır. Keçidi De Bruynenin yüksək maaşı çətinləşdirə bilər.
33 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Daha əvvəl mətbuatda De Bruynenin MLS-ə mümkün keçidi ilə bağlı xəbərlər yer almışdı. “San Dieqo”nun onunla sözləşmə imzalamaqda maraqlı olduğu bildirilir.
De Bruyne Premyer Liqanın cari mövsümündə 17 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin