![](https://komanda.az/wp-content/uploads/2024/02/teo-hernandes-780x470.jpg)
Fransa millisinin üzvü “Mançester Siti” ilə “Real”ın hədəfindədir
“Real” və “Mançester Siti” “Milan”ın müdafiəçisinə göz dikib.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, klublar Fransa millisinin də formasını geyinən Teo Hernandeslə maraqlanır.
27 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. O, 2019-cu ildən “Milan”da çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Hernandes İtaliya çempionatının cari mövsümündə 19 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin