![](https://komanda.az/wp-content/uploads/2024/04/simone-inzaqi.jpg)
İnzaqi: “Məni ən çox narahat edən nəticə deyil, oyun tərzimizdir”
“İnter”in baş məşqçisi Simone İnzaqi komandasının “Fiorentina”ya məğlubiyyətinə (0:3) münasibətini bildirib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı evə əsəbi halda qayıtdıqlarını deyib:
“Məni ən çox narahat edən nəticə deyil, oyun tərzimizdir. Çox pis oldu, evə əsəbi halda qayıdırıq. Dörd aydır uduzmuruq. İndi sıfırdan başlamaq və turnir cədvəlinə baxmamaq lazımdır”.
“İnter” dekabrdan təxirə salınmış matçda uğursuzluğa düçar olduğu üçün turnir cədvəlində “Napoli”yə çatmaq fürsətini əldən verib. Aradakı xal fərqi yenə də üçdür, amma indi “İnter”in ehtiyatda oyunu yoxdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin