”Arsenal” argentinalı hücumçu üçün 120 milyon avrodan çox təklif edəcək
“Arsenal” “İnter”in hücumçusu Lautaro Martinesi almaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu yayda transferi reallaşdırmaq niyyətindədir və argentinalı futbolçu üçün 120 milyon avrodan çox təklif ediləcək.
“Arsenal” qış transfer pəncərəsi zamanı fəal şəkildə yeni forvard axtarışında olsa da, heç kimi ala bilməyib.
27 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 31 matçda iştirak edib, 15 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin