24 yaşlı futbolçunun cəsədi tapıldı

Xorvatiyalı futbolçu Yakov Jelkiçin cəsədi tapılıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, onun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb.

Polisin gözdən keçirdiyi videolarda İsveçrənin 3-cü divizion klubu “Qranj Pakkot”un 24 yaşlı sabiq oyunçusunun Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı görülüb.

Cəsədin analizi zamanı mərhum futbolçunun ağciyərlərində dəniz suyu aşkarlanıb və onun boğularaq öldüyü qənaətinə gəlinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button