![](https://komanda.az/wp-content/uploads/2023/04/MY.jpg)
MY 2 futbolçusunu satmaq istəyir
“Mançester Yunayted”in rəhbərliyi yay transfer pəncərəsində iki futbolçusunu satmağa hazırdır.
Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, hücumçu Alexandro Qarnaço və yarımmüdafiəçi Kobbi Mainu qışda “qırmızı şeytanlar”ı tərk etməsələr də, bu, yayda baş verə bilər.
20 yaşlı argentinalı futbolçunun dəyəri 50, 19 yaşlı Mainunun qiyməti isə 55 milyon avrodur.
“Mançester Yunayted” 24 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 13-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin