MY-nin qapıçısı Şotlandiya klubunda

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Joel Pereyranı icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 23 yaşlı qolkiper 2019/20 mövsümünü icarə əsasında Şotlandiyanın yüksək liqa təmsilçisi “Harts”da keçirəcək. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Pereyra bu yay komandanın təlim-məşq toplanışı çərçivəsində bəzi matçlarda iştirak edib. O, Beynəlxalq Çempionlar kubokunda “Milan”a qarşı görüşdə də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button