“Mançester Yunayted”in yay üçün əsas hədəfi odur
“Sportinq”in vingeri Covani Kenda “Mançester Yunayted”in maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim 17 yaşlı vunderkindlə Portuqaliyada birlikdə olduqları vaxtdan yaxşı tanışdır.
“Mançester Yunayted” yüksəlişdə olan futbolçunu yay transfer pəncərəsi üçün hədəflərindən biri kimi müəyyənləşdirib. Kendanın müqaviləsində 100 milyon avroluq satın alma maddəsi var, ancaq “Sportinq” onu xeyli aşağı qiymətə – təxminən 60 milyon avroya satmağa hazırdır.
Portuqaliyalı yarımmüdafiəçi bu mövsüm Lissabon təmsilçisinin heyətində 35 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin