Hakimlər “Real”a qarşı – Klubun hədiyyələrindən imtina ediblər
Bu ilin yanvar ayından ispaniyalı hakimlər “Real”ın referilərə ənənəvi olaraq verdiyi suvenirlərdən imtina etmək qərarına gəliblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyası Madrid klubunun televiziya xidməti tərəfindən mütəmadi olaraq redaktə edilən və dərc edilən hakim işinin videolarına cavab olaraq başlayıb. Telekanalda hər dəfə “kral klubu”nun xeyrinə olmayan müəyyən qərarları sorğulayır və ya kəskin tənqid edirlər.
Yerli medianın aydınlaşdırdığına görə, bu aksiya yalnız hakimlərin təşəbbüsü ilə baş verir və heç bir halda İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin mövqeyi ilə əlaqəli deyil və onunla razılaşdırılmayıb.
Bir çox ölkələrdə klub atributlarının hakimlərə verilməsi adətdir: bu ənənə uzun illərdir ki, davam edir. Bunlar bahalı hədiyyələr deyil, adi nişanlar, vimponlar, dəsmallar və loqolu köynəklərdir.
Bizi Facebook-da izləyin