Ronaldo: “Futbol problemlərimi evə gətirə bilmərəm”
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo məğlubiyyətlərin öhdəsindən necə gəldiyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “La Sexta”-ya istinadən xəbər verir ki, portqaliyalı hücumçu meydanda baş verən hər şeyin meydanda qaldığını bildirib:
“İndi məğlubiyyətlərdən sonrakı qəzəb gəncliyimdən azdır, amma hələ də var. Meydanda baş verən hər şey meydanda qalır. Futbol problemlərimi evə gətirə bilmərəm. Amma əvvəllər çox çətin idi. “Real”da şansımı əldən versəydim və ya penaltini qaçırsaydım, özümü işıqları sönmüş otağıma bağlayardım. Özümü pis hiss edərdim. Yemək yemədən öz-özümə danışaraq yatağa gedərdim. Amma belə olduğum üçün peşman deyiləm”.
Ronaldonun sabah 40 yaşı tamam olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin