“Dünyada elə bir futbolçu yoxdur ki, “Mançester Siti”də oynamaq istəməsin”
“Mançester Siti” yarımmüdafiəçi Niko Qonsalesin transferini açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu müqavilə tamamlandıqdan sonra açıqlama verib:
“Bu, karyeramın bu mərhələsində mənim üçün əla fürsətdir. 23 yaşım var və özümü İngiltərədə sınamaq istəyirəm. Bunun üçün “Mançester Siti”dən yaxşı klub yoxdur. Burada kompozisiyaya baxın. Bu, inanılmazdır, dünya səviyyəli oyunçularla doludur. Dünyada elə bir futbolçu yoxdur ki, burada oynamaq istəməsin. Pep Qvardiolanın reputasiyasının nə olduğunu bilirəm və onunla işləmək üçün səbirsizlənirəm. Onun məni öz komandasında görmək istəyinə çox sevinrəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin