Ronaldo: “Mbappenin qayğısına qalmaq lazımdır”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Real”ın forvardı Kilian Mbappe haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçu haqda bunu deyib:

“Mən Mbappe haqqında nə düşünürəm? Onun qayğısına qalmaq lazımdır. “Real”ın azarkeşləri bu adama diqqət etməlidir. Mbappe əla futbolçudur, ona görə də, onun köməyə ehtiyacı var. Əminəm ki, o, Madrid klubunun azarkeşlərinə çoxlu sevincli anlar yaşadacaq. Mən onu böyük futbolçu kimi görürəm”.

26 yaşlı hücumçu 2024-cü ilin yayında PSJ-dən “Real”a keçib. Onun klubla 2029-cu ilin iyun ayının sonuna qədər olan müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button