Qvardioladan 1:5 hesablı məğlubiyyətə şərh
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 24-cü turunda “Arsenal”a məğlub olduqları (1:5) oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında bunu deyib:
“Paltardəyişmə otağındakı atmosfer qəzəbli və çox emosional idi. Komanda bu cür məğlub olanda belə də olmalıdır. Xüsusilə, oyunun son yarım saatında”.
“Mançester Siti” bu fiaskodan sonra İngiltərə çempionatının turnir cədvəlində 4-cü, “topçular” isə 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin